Sehrli yaylıq
Uşaqlar- Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı
- 17 okt 2026 - 17 okt 2026
“Sehrli yaylıq” əsərinin əsas mövzusu xeyirxahlıq, ədalət, dostluq və pisliklə mübarizədir. Tamaşanın qəhrəmanı Cırtdan tapdığı sehrli yaylığın köməyi ilə qəribə və sehrli bir adaya düşür. Buraya öz dostlarını da çağırır. Lakin adada Kürən Köpək, Pişik-diş və Təkgözlə qarşılaşırlar. Çətinlik də burada başlayır. Həmin mənfi personajlar Cırtdanın sehrli yaylığını oğurlayırlar. Sonda isə Cırtdan və dostları yaylığı onlardan alaraq pisliyə qalib gəlib öz evlərinə qayıdırlar.