image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Qu gölü

Qu gölü

Tamamlandı Konsert
  • Heydər Əliyev Sarayı
  • 21 apr 2026 - 21 apr 2026

“Qu gölü”

BALETİN QISA MƏZMUNU

I PƏRDƏ

I ŞƏKİL

Qədim qalanın bağçasında şahzadə Ziqfrid həddi-buluğa çatmasını bayram edir. Qonaqlar Zigfridin şərəfinə badə qaldırır, rəqs edir, şənlənirlər. Hökmdar şahzadə xanım oğluna xatırladır ki, sabah o özünə adaxlı seçməlidir.

Hava qaralır. Zigfrid təkdir. Uzaqdan dəstə ilə uçan qu quşları görünür. Ani olaraq ox-yayı götürən şahzadə gölə doğru qaçır.

 

II ŞƏKİL

Gölün boş sahili. Suyun güzgü kimi şəffaf səthində ağ rəngli məğrur qu quşları üzür. Bu qəddar sehrbaz Rotbart tərəfindən sehrlənərək qu quşlarına çevrilən qızlardır. Yalnız onların ən gözəli - Odettaya bir gəncin sadiq məhəbbəti qızların üzərindən sehri götürə və cadunu məhv edə bilər.

Şahzadə görünür. O, başında tac olan bir qu quşunun sahilə doğru üzdüyünü,

gözəl bir qıza - qu quşlarının hökmdarı - Odettaya çevrildiyini görür və ona yaxınlaşmağa can atır. Lakin Odetta qorxaraq və titrəyərək ondan qaçır. Ziqfrid ona doğru tələsir. Qəflətən onların gözləri bir-birinə sataşır və tanış olmayan bir hiss onların hər ikisinin qəlbini bürüyür. Şahzadə Odettaya əbədi məhəbbətinə and içir.

 

II PƏRDƏ

Sarayda bayram əhval-ruhiyyəsi hökm sürür. Şahzadə krallığın adlı-sanlı ailələrindən olan qızlar içərisindən özünə adaxlı seçməlidir. Lakin dəvət olunanların heç biri onun nəzər-diqqətini cəlb edə bilmir.

Şeypur səsləri yeni qonaqların gəldiyindən xəbər verir. Bu qəddar sehrbaz Rotbart və onun Odettanın surətinə girmiş qızı Odilliyadır. Hiyləgər naməlum qadın şahzadəni ovsunlayır və Ziqfridə elə gəlir ki, o qu quşlarının kraliçasıdır.

Bu oxşarlığa aldanan şahzadə Odilliyanı özünə adaxlı seçir və məhəbbətinə and içir. Rotbart qələbə çalır, şahzadə sədaqət andını pozur və beləliklə, Odetta və onun rəfiqələri həmişəlik qu quşları kimi qalacaqlar.

Sarsılmış şahzadə ümidsiz halda gölə tərəf qaçır.

 

III PƏRDƏ

Gecədir. Təşvişə düşən kədərli qu quşları - qızlar gölün sahilində dayanmışlar. Şahzadə Odettaya verdiyi andına əməl etməmişdir. Şər qüvvələrin əlindən qurtulmaq ümidi boşa çıxmışdır. Sevinc içərisində olan Rotbart onların qorxmuş dəstələri üzərində uçur. Ziqfrid qaçıb gəlir. O, Odettadan bağışlanmasını xahiş edir. Qız şahzadəni bağışlamağa hazırdır, lakin o və rəfiqələri bütün ömürləri boyu qu quşlarının cildində yaşamağa məhkumdurlar. Ziqfrid ümidsizlik içərisindədir. O, Rotbart ilə qeyri-bərabər döyüşə girir. Qəddar sehrbaz sevgililəri ayırmağa çalışır. Lakin şər məhəbbətin gücü qarşısında acizdir.

Sehrbazın qaranlıq dünyası dağılır və Rotbart özü məhv olur. Məhəbbət qalib gəlir. Parlayan günəşin şəfəqləri xoşbəxt Odetta və Ziqfridi işıqlandırır

 

17 noyabr 2026

"QU GÖLÜ"

(3 pərdəli, 4 şəkilli balet)

Dirijor – Əməkdar artist Əyyub Quliyev

Quruluşçu baletmeysterlər – Marius Petipa, Lev İvanov

Redaksiya -– Aleksandr Qorskiy, SSRİ Xalq artisti Qəmər Almaszadə

Baletmeyster repititorlar – Xalq artisti Mədinə Əliyeva, Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artist Yuriy Lobaçev

Quruluşçu rəssam – Azərbaycan SSR-in Əməkdar rəssamı Ənvər Almaszadə

Tamaşanı idarə edən – Əməkdar artist Yuriy Lobaçev

Konsertmeyster – Züleyxa Usubova

 

İŞTİRAK EDİRLƏR:

Odetta - Odiliya – Balet artistlərinin beynəlxalq müsabiqəsinin bürünc mükafatçısı Ayan Eyvazova

Şahzadə Ziqfrid – Dəvətli solist

Rotbart (qəddar dahi) – Aleksandr Suldin

Təlxək – Kamran Qurbanov

Pa-de-trua – Nərgiz Abdullayeva, Liana Bernadina, Timur Oduşev

 

Tədbirdən sonra materiallar

Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.