image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Muğam Axşamı

Muğam Axşamı

Tamamlandı Sərgilər
  • Qafqaz Resort Amfiteatrı
  • 31 iyl 2026 - 31 iyl 2026

GabalaFest 29 iyul – 3 avqust tarixlərində Qəbələdə musiqi, incəsənət və mədəniyyəti bir araya gətirir.

Altı gün ərzində festival qonaqlarını zəngin proqram gözləyir: uşaqlar və böyüklər üçün ödənişsiz master-klasslar, rəsm sərgisi, yarmarkalar, qastronomiya məkanları, müxtəlif yaradıcılıq fəaliyyətləri və açıq səma altında möhtəşəm konsertlər.
Festivalın hər günü musiqi, incəsənət və ilham dolu anlarla yadda qalacaq. Festivalın möhtəşəm finalı isə avqustun 3-də keçiriləcək böyük konsert olacaq.

Bu yay musiqinin, incəsənətin və mədəniyyətin canlandığı Qəbələdə görüşənədək!

Azərbaycan muğam sənətinin zəngin ənənələrini əks etdirən konsert proqramı. Muğamın dərin emosiyası və milli musiqimizin incə çalarları tamaşaçılara təqdim olunacaq.

Solistlər:
Azərbaycan Respublikasının Əməkdar artistləri

Təyyar Bayramov (xanəndə)
Sahib Paşazadə (tar)
Bəyimxanım Vəliyeva (xanəndə)
Toğrul Əsədullayev (kamança)

Muğam müsabiqəsinin laureatları

Mirələm Mirələmov (xanəndə)
Kamilə Nəbiyeva (xanəndə)
Sərxan Bünyadzadə - (xanəndə)

Gənc ifaçılar: 
Kənan Novruzov - (xanəndə) 
Nuray Hacızadə - (xanəndə)

Tədbirdən sonra materiallar

Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.

map
"Qafqaz Resort Amfiteatrı"